Bizim Haqqımızda
Bizim Səhmdarlar
Əlaqə
Filial Şəbəkəsi
Vakansiyalar
Press-arxiv
İllik hesabat
 
  XƏBƏRLƏR

Şakir Rəhimov Azərbaycan Mikromaliyyələşdirmə Bankının İdarə Heyətinin üzvü təyin edildi.
Azərbaycan Mikromliyyələşdirmə Bankının İdarə Heyətinin tərkibində dəyişiklik olmuşdur. 2002-ci ildə AMMB-ı fəaliyyətə başladığı andan Bankda çalışan Şakir Rəhimov, İdarə Heyətinin üzvü olan cənab Aleksandr Larionovun, Biznes Bankçilığı üzrə direktor vəzifəsində çalışan LFS-nin məsləhətçisinin, əvəzinə təyin edilmişdir. Şakir Rəhimov Azərbaycan Milli Bankında attestasiyadan müvəffəqiyyətlə keçdikdən sonra bu qərar qüvvəyə minmişdir.
AMMB-nın əməkdaşlarının peşəkarlıq səviyyəsi mütəmadi olaraq xarici məsləhətçilər tərəfindən artırılır və burada əsas məqsəd bankda rəhbər vəzifələrə yerli işçilərin cəlb edilməsidir. Bugün AMMB-nın 700-dən artıq işçisi var və rəhbər vəzifələrdə çalışan əməkdaşların çoxu azərbaycanlıdır.
“Mən AMMB-da iş fəaliyyətimə kredit sahəsi üzrə təcrübə keçən bir mütəxəssis kimi başlamışdım. AMMB digər işçilər kimi mənə də peşəkar inkişafım üçün böyük imkanlar yaratmışdır. Ümid edirəm ki, idarə heyətinin üzvü kimi mikromaliyyələşdirmə sahəsində lider olan bankımızın inkişafına öz töhfələrimi verəcəyəm” – cənab Rəhimov qeyd etmişdir.
AMMB-nın İdarə Heyətinin rəhbəri cənab Andryu Pospilovski, cənab Rəhimovun təyinatı münasibətilə xoş sözlər söyləmişdir: “AMMB-nı yaratmaqda məqsəd, kiçik biznesə dəstək verməklə Azərbaycanda iqtisadiyyatı, yerli işçilərin və mütəxəssislərin peşəkarlığını artırmaqla isə bank sferasını inkişaf etdirməkdən ibarət olmuşdur. Mən çox şadam ki, hazırda bankımızda rəhbər vəzifələrdə çalışan əməkdaşların çoxu azərbaycanlıdır. Cənab Rəhimov AMMB-da işlədiyi altı il ərzində bankda müxtəlif vəzifələrdə çalışaraq kredit sahəsi üzrə təcrübə keçən mütəxəssis vəzifəsindən İdarə Heyətinin üzvünədək yüksəlmişdir. Onu da qeyd edim ki, bu AMMB-da qeyri-adi hal deyil, cünki AMMB hər il 200–dən çox universitet məzunlarını işə qəbul edərək bank sahəsi üçün peşəkar mütəxəssislər hazırlayır.”