|
|
AMMB səmhdarları kapitalı artırırlar
Azərbaycan Mikromaliyyələşdirmə Bankının səhmdarları kapitalın
artırılmasına dair razılığı imzalayıblar.
Bakı, 18 aprel, 2008-ci il. Bu gün Bakıda,
Azərbaycan Mikromaliyyələşdirmə Bankının səhmdarlarının baş
assambleyasında (məclisində) səhmdarlar, nizamnamə kapitalının
9 milyon manata qədər artırılmasına dair razılığı imzalayıblar,
bununla da, ümumi nizamnamə kapitalı 20 milyon manatadək,
cəm kapitalı isə 33 milyon manatadək artırılmışdır. Bu artırma
AMMB-nı Azərbaycan banklarının ilk onluğuna daxil edəcəkdir.
Bütün mövcud səhmdarlar onların pay iştirakı ilə müvafiq,
kapitalın artırılmasında iştirak etmişlər. Bununla da, bankın
səhmdarları strukturu əvvəlki tək qalmışdır: Avropa Yenidənqurma
və İnkişaf Bankı - 20%, Beynəlxalq Maliyyə Korporasiyası -
20%, Qara Dəniz Ticarət və İnkişaf Bankı - 20%, Almaniya Hökuməti
yanında – KfW İnkişaf Bankı - 20%, AccessHolding - 16.53%
и LFS Financial Systems GmbH alman şirkəti - 3.47%.
Nizamnamə kapitalının artırılmasına dair qərar AMMB-nın sürətli
və müvəffəqiyyətli inkişafı ilə motivasiya olmuşdur və bu
artırılma bankın sonrakı inkişafına təkan olacaqdır. “Səhmdarlar
AMMB-nın Azərbaycanın mikro və kiçik biznesin maliyyələşdirilməsində,
iqtisadiyyatın diversifikasiyasında və yeni iş yerlərinin
yaradılmasında aparıcı rol oynadığını etiraf edirlər. Kapitalın
artırılması, Azərbaycan iqtisadiyyatının inkişafında bankın
vacib rol oynamasında səhmdarların əminliyinin göstəricisidir”,
deyə Bankın Müşahidə Şurasının sədri Maykl Yaintsiq qeyd etmişdir.
Bankın Baş Meneceri Endryu Pospielovskinin sözlərinə görə,
“Səhmdarların AMMB-na sərmayələrin artırılmasına dair qərarı
bankın gələcəyinə olan əminlikdən irəli gəlir”.
2008-ci ilin aprel ayının əvvəlinə olan məlumatlara əsasən,
AMMB-nın kredit portfeli ümumi məbləği 140 milyon ABŞ dollar
olan 55,000-dən artıq kredit təşkil etmişdir. Bankın ümumiyyətlə
beş illik fəaliyyəti ərzində ümumi məbləği 335 milyon ABŞ
dolları olan 120 mindən artıq kredit verilmişdir, kreditin
orta həcmi isə 2,800 ABŞ dollarından bir qədər artıqdır. Bankın
ümumi aktivləri isə 160 milyon ABŞ dolları həddini ötmüşdür.
|