Bizim Haqqımızda
Bizim Səhmdarlar
Əlaqə
Filial Şəbəkəsi
Vakansiyalar
Press-arxiv
İllik hesabat
 
  XƏBƏRLƏR

Azərbaycan Mikromaliyyələşdirmə Bankının Nizamnamə kapitalı 20 milyon manata çatmışdır

Azərbaycan Mikromaliyyələşdirmə Bankının təsisçiləri Nizamnamə kapitalının artırılmasına vəsait qoymuşlar.
10 iyun 2008, Bakı şəhəri. 10 iyun 2008-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankının təsisçiləri Nizamnamə kapitalının artırılmasına 9 milyon manat vəsait qoymuş və bunun nəticəsində Nizamnamə kapitalı 20 milyon manata çatdırılmışdır. Bununla əlaqədar olaraq, 9 milyon ədəd əlavə səhm buraxılmışdır.
Nizamnamə kapitalının artırılmasında 6 səhmdardan hamısı iştirak etmiş və mövcud payı mütənasib həcmdə artırmışlar. Beləliklə, kapitalın artımı nəticəsində AMMB səhmdarlarının strukturu dəyişməmişdir: Avropa Bərpa və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, KfW – Almaniya hökuməti yanında Alman İnkişaf Bankı (hər biri 20%), AccessHolding (16.53%) və LFS Financial Systems GmbH – alman konsaltinq şirkəti (3.47%)
AMMB-nın Baş Meneceri Endryu Pospilovski demişdir: «Nizamnamə kapitalının artırılması bankın gələcək inkişafı istiqamətində atılmış planlı addımdır. Bütün mövcud səhmdarların banka daha çox investisiya qoymaq niyyəti onların AMMB-nın işindən razılığını və bankın gələcyinə əminliyini ifadə edir”.
Nizamnamə kapitalının artması nəticəsində həm Nizamnamə kapitalına, həm də məcmu kapitala görə Azərbaycan Mikromaliyyələşdirmə Bankı yerli banklar arasında yeddinci yerə yüksəlmişdir.
Qeyd etmək lazımdır ki, artıq ilin əvvəlindən başlayaraq kredit portfeli 48% artaraq 170 milyon ABŞ dollarına çatmışdır. Cari ilin ilk beş ili ərzində depozit portfeli də 65% artmışdır ki, bu da Azərbaycan əhalisinin bankımıza olan inamını ifadə edir. Bundan əlavə, filiallar şəbəkəsinin coğrafiyası da artır – may ayında Qazaxda yeni filial açılmışdır və yaxın gələcəkdə daha 2 regional filialın açılması planlaşdırılır.