Bizim Haqqımızda
Bizim Səhmdarlar
Əlaqə
Filial Şəbəkəsi
Vakansiyalar
Press-arxiv
İllik hesabat
 
  XƏBƏRLƏR

Azərbaycan Mikromaliyyələşdirmə Bankı daha bir filial açmışdır
05 iyul 2008-ci il tarixdə Azərbaycan Mikromaliyyələşdirmə Bankı Mingəçevir şəhərində daha bir regional filial açmışdır. Bu filialın açılması BP və tərəfdaşlar və IFC beynəlxalq maliyyə korporasiyasının dəstəyi sayəsində mümkün olmuşdur. Filialın rəhbəri vəzifəsinə bu yaxınlarda Azərbaycan Milli Bankında uğurla attestasiya keçmiş, təcrübəli azərbaycanlı mütəxəssis Taleh Feyzulla təyin olunmuşdur.
IFC-nin Şərqi Avropa və Mərkəzi Asiya regionunda Əməliyyatlar üzrə Baş Meneceri İvan İvanov qeyd etmişdir ki, “Uzaq kənd regionlarında mikromaliyyələşdirmə işinin özəl şirkət, hazırkı halda BP tərəfindən dəstəklənməsi dünyada nadir hallardandır ki, bizim Layihəmiz tərəfindən həyata keçirilir. IFC kənd yerlərində mikro və kiçik müəssisələrə maliyyə vəsaitlərinə çıxış əldə etmək imkanını yaratmaqla davamlı iqtisadi inkişafa dəstək olmaq üçün BP və Azərbaycan Mikromaliyyələşdirmə Bankı ilə uzun müddətdir ki əməkdaşlıq edir”.
Azərbaycan Mikromaliyyələşdirmə Bankının Baş Meneceri Endryu Pospilovski demişdir: “Mingəçevir filialının açılışı bankın ümumi strategiyasında atılmış çox mühüm addımdır – burada məqsəd, ölkə ərazisiнin hər yerində kiçik və orta biznesə və bütünlüklə Azərbaycan əhalisinə maliyyə xidmətlərinin göstərilməsindən ibarətdir. Bütünlüklə respublika üzrə maliyyə xidmətlərindən yararlanmaq imkanlarının genişləndirilməsi və iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi həm bankımızın, həm də səhmdarlarımızın üstünlük verdiyi əsas amildir”.
Bu, artıq AMMB-nın 2008-ci il ərzində BP və tərəfdaşların dəstəyi ilə açdığı ikinci regional filialdır. Mart ayında Azərbaycanın qərb regionunda – Qazaxda da yeni filial açılmışdır.
Mingəçevir filialı açılanadək Azərbaycan ərazisində AMMB-nиn artıq 15 filialı fəaliyyət göstərirdi. Bunlardan 9-u Bakıda, digərləri isə ölkənin iri şəhərlərində - Sumqayıtda, Gəncədə, Lənkəranda, Şəkidə, Xaçmazda və Qazaxda yerləşir. Yeni filial tam çeşidli bank xidmətləri göstərəcək – buraya Western Union, Travelex, Privat Money, Bıstraya Poçta, Migom kimi sürətli pulköçürmə sistemlərinin köməyi ilə həm Azərbaycan daxilində, həm də xarici ölkələrə pulköçürmə xidmətləri, cari hesabların açılması, yerli və plastik VİSA kartlarına xidmət göstərilməsi, depozit əməliyyatlarının aparılması və kreditlərin verilməsi daxildir.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) haqqında
IFC Dünya Bankı Qrupunun üzvüdür və inkişaf dövründə olan ölkələrdə davamlı iqtisadi inkişafı dəstəkləyir, yerli və beynəlxalq maliyyə bazarlarına özəl kapitalı mobilizə edir və hökumət və biznes strukturlarını məsləhət və risklərin azaldılması xidmətləri ilə təmin edir. IFC hesab edir ki, iqtisadi dəyişikliklər nəticəsində insanlar öz həyat səviyyəsini yaxşılaşdırmaq imkanına malik olmalıdır. 2007-ci maliyyə ilində, IFC 69 inkişaf edən ölkədə öz vəsaitindən 8.2 mlrd. dollar və sindikatlaşdırılmış kredit şəkilində 3.9 mlrd. dollar həcmində vəsait yerləşdirmiş və 299 investisiya layihəsi üçün maliyyə vəsaiti mobilizə etmişdir. IFC həmçinin 97 ölkədə məsləhət xidməti göstərir. Əlavə məlumat üçün www.ifc.org saytına müraciət edə bilərsiniz.