|
|
Azərbaycan Mikromaliyyələşdirmə Bankı
ən yüksək reytinqə malik olan özəl bankdır
Fitch Reytinq agentliyi Azərbaycan Mikromaliyyələşdirmə Bankına
Azərbaycanda ən yüksək özəl maliyyə qurumu üçün nəzərdə tutulmuş
“BB+” reytinqini vermişdir.
Bakı, 5 Avqust, 2008. Bu gün Fitch Reytinq
Agentliyi Azərbaycan Mikromaliyyələşdirmə Bankınnın uzun müddətli
defolt emitent reytinqini “BB+” səviyyəsində, qısa müddətli
defolt emitent reytinqini “B” səviyyəsində qiymətləndirdiyini
elan etmişdir. Agentlik həmçinin fərdi reytinqi D/E və dəstək
reytinqinin “3” olduğunu təsdiqləmişdir. Bankın defolt emitent
reytinqi üzrə proqnoz – “Sabit”dir. Bu AMMB-ni Azərbaycanda
ən yüksək reytinqi olan özəl maliyyə qurumu və beynəlxalq
aləmdə bankın səhmdarlar və riskin idarə edilməsi strukturunu
güclü olduğunu təsdiq edir. Azərbaycanın reytinqi “BB+” suveren
ölkə reytinqi səviyyəsindədir. Fitch agentliyi hesabatında
AMMB fəaliyyətinin “yaxşı”, aktivlərin keyfiyyətini “sağlam
və sabit», bankın likvidlliyinin isə “kifayət” olduğunu təsdiq
etmişdir. Fitch həmçinin qeyd etmişdir ki, 2008-ci ilin birinci
yarısında AMMB öz mənfəətini, əsas fəaliyyət istiqamətlərini
yaxşılaşdıraraq, artırmağı davam etdirmişdir.
“AMMB-nin beynəlxalq səviyyədə tanınması və ən yüksək reytinqə
malik olması bizim işçi heyəti üçün böyük şərəfdir- biz AMMB-nin
hər gün daha da yaxşı işləməsinə çox çalışırıq. Bu reytinq
bankımızın maliyyə stabilliyi və etibarlılığının göstəricisidir.
Ümid edirik ki, aldığımız reytinq Azərbaycan vətəndaşlarında
bizə qarşı inamını artıracaq və onlar bütün bank ehtiyaclarını
ödəmək üçün bizi partnyor seçəcəklər”, Endrü Pospilovski qeyd
etmişdir
Fitch Rating bankların kreditləşməsi və beynəlxalq reytinqlərin
verilməsi sahəsi üzrə məşhur reytinq agentliyidir.
|